Vaşinqtonda keçirilən danışıqlardan sonra, Marko Rubio İsrail və Livan arasında çərçivə sazişini elan etdi
ABŞ Dövlət Katibi Marko Rubio Vaşinqtonda keçirilən danışıqlardan sonra İsrail və Livan arasında çərçivə sazişini elan etdi.
Saziş İsrail və Livanın ABŞ-dakı səfirləri tərəfindən imzalandı.
“Qarşımızda çox iş var. Qarşıya qoyulan tapşırığın çətinliyini heç bir halda gözardı etmirik, lakin onun əhəmiyyətini anlayırıq. Bu prosesin bir hissəsi olmaq bizim üçün şərəfdir”, – Rubio qeyd edib.
Livanın ABŞ-dakı səfiri Nada Hamadenin bildirdiyinə görə, bu saziş Livanın suverenliyinin və ərazi bütövlüyünün bərpası, hərbi əməliyyatların daimi olaraq dayandırılmasının təmin edilməsi və əhalinin vətənə qaytarılması yolunda “ilk addımdır”.
İsrailin ABŞ-dakı səfiri Yexiel Leiterin sözlərinə görə, sazişin son məqsədi iki ölkə arasında sülhün bərqərar olunmasıdır.