Vaşinqtonda çalışan müxbir Aleks Raufoğlu bildirir ki, üç senator MEGOBARİ Aktının qəbulunu əngəlləyir
Vaşinqtonda çalışan müxbir Aleks Raufoğlu bildirir ki, üç senator MEGOBARİ Aktının qəbulunu əngəlləyir

Vaşinqtonda çalışan müxbir Aleks Raufoğlu bildirir ki, üç senator MEGOBARİ Aktının qəbulunu əngəlləyir.

Raufoğlunun sosial şəbəkədə yazdığı kimi, bu senatorlar Markveyn Malin, Mayk Li və Ren Pauldur.

“Putinin marionetlərinə qarşı sanksiyaları nəzərdə tutan və Gürcüstanın Avroatlantik gələcəyini dəstəkləyən mühüm iki partiyalı qanun layihəsi MEGOBARİ Aktı üç senator Markveyn Malin, Mayk Li və Ren Pol tərəfindən əngəllənib. Mənim yeganə sualım budur: Niyə? Bu mühüm qanun layihəsi Nümayəndələr Palatası və Senatın Xarici Əlaqələr Komitəsi tərəfindən təsdiqlənib”, – Aleks Raufoglou yazır.

Məlumat üçün bildirək ki, “MEGOBARİ Aktı” Gürcüstanın yüksək vəzifəli şəxslərinə sanksiyalar və viza məhdudiyyətlərini nəzərdə tutur. “MEGOBARİ Aktı” kimi tanınan qanun layihəsinin tam adı “Gürcüstanın Hesabatlılığının, Dözümlülüyünün və Müstəqillik İmkanlarının Gücləndirilməsi və Səfərbər Edilməsi Aktı”dır. Həmçinin onun rəsmi adı “Çin Kommunist Partiyasının, İran rejiminin və Rusiya Federasiyasının Gürcüstandakı təsirinə qarşı mübarizə”dir.