Vaşinqton və Tehran arasında planlaşdırılan danışıqlardan əvvəl İranın xarici işlər naziri BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri ilə görüşüb
Vaşinqton və Tehran arasında planlaşdırılan danışıqlardan əvvəl İranın xarici işlər naziri BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri ilə görüşüb

Vaşinqton və Tehran arasında planlaşdırılan danışıqlardan əvvəl İranın xarici işlər naziri BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri ilə görüşüb. Görüş zamanı İranın xarici işlər naziri Abbas Əraqçi “ədalətli və bərabər razılığa gəlmək” üçün Cenevrədə olduğunu bildirib.

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Əraqçi Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi ilə görüşündə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıq məsələlərini müzakirə edib.

Məlumat üçün bildirək ki, İran və ABŞ arasında danışıqların ikinci mərhələsi 17 fevral çərşənbə axşamı Cenevrədə keçiriləcək. Medianın məlumatına görə, səfər zamanı bir neçə mərhələdə məsləhətləşmələr keçiriləcək.

İranın Xarici İşlər Nazirinin Cenevrədə keçiriləcək BMT-nin Silahsızlanma Konfransında çıxışı gözlənilir.