Vasil Mağlaperidze - Üzərimə tam məsuliyyəti götürürəm və əlimdən gələni edəcəm ki, ictimaiyyət həqiqəti görsün (video)

“Üzərimə tam məsuliyyəti götürürəm və əlbəttə ki, əlimdən gələni edəcəm ki, ictimaiyyət həqiqətləri görsün, çünki bu bizim borcumuzdur” – bu bəyanatı İctimai Yayımçının baş direktoru Vasil Mağlaperidze, şair Zviad Ratiani haqqında yayımlanan süjetlə bağlı verdi.

Mağlaperidzenin dediyinə görə, Birinci Kanal, gərəkən standartlara müvafiq şəkildə hərəkət edir.

“Əlbəttə ki, yaranan ajiotaj kimsənin xoşuna gəlmir, ancaq mən düşünürəm ki, həqiqəti götərmək mənim məsuliyyətim və borcumdur. Burada bir çox jurnalist var və dediklərimi, kimin necə işıqlandıracağı bəlli deyil, ancaq mən üzərimə tam məsuliyyəti götürərək deyirəm ki, efirə çıxan süjetə qarşı münasibətim müsbət deyil, ancaq Birinci kanal gərəkən etika standartlarına müvafiq şəkildə hərəkət etdi.  Birinci kanal videodaki söyünc replikalarına siqnal səsi qoyurdu, ancaq bizdən sonra həmin videoyu yayımlayan kanallar heç o siqnal səsini də qoymadan efirə buraxdılar. Videoyu bizdən daha öncə yayımlayan kanallarda oldu, ancaq elə göstərildi ki, güya bunu sadəcə Birinci kanalı göstərdi və tirajladı. Bu doğru deyil”, – dedi Vasil Mağlaperidze.

Vasil Mağlaperidze qeyd etdi ki, efirə çıxan süjetlə bağlı bütün məsuliyyəti üzərinə götürür.

“Həmin gün mən öz problemlərimdən dolayı iş yerimdə deyildim. Yaranan vəziyyəti dünən gözdən keçirdim. Bu məsələ bizdə də, digər medya vasitələrində işıqlandırıldığı kimi, işıqlandırıldı və gərəkən etika çərçivələrindən çıxmadıq. Bundan sonra baş verənlərə görə, məsuliyyəti üzərimə götürürəm” – dedi Vasil Mağlaperidze.