Vasil Mağlaperidze - Maksimal şəkildə, əlimizdən gələni edəcəyik ki, Birinci Kanalda baş verən proseslər haqqında ictimaiyyətin məlumatı olsun
“Birinci Kanalda əsaslı islahat həyata keçirilir və müvafiq təqdimat da hazırlanmaqdadır ki, ictimaiyyət bu islahatlar haqqında daha yaxşı məlumat alsın”, – bu barədə bəyanatı Birinci Kanalın baş direktoru Vasil Mağlaperidze verdi.
Vasil Mağlaperidzenin qeyd etdiyinə görə, Komunikasiyaların Milli Komissiyasının sədri Kaxa Bekaurinin televiziyaya qonaq olduğu zaman məhz bu islahatlar və proseslər haqqında söhbət aparıldı.
“Komunikasiyaların Milli Komisiyası media-siyasətinin ən əsas müəyyən edici faktorlarından biridir. Biz Kaxa Bekauriyi Birinci Kanalda baş verən proseslərlə tanış etdik ki, cəmiyyətin və requlyasiya idarəsinin yayımçıda baş verən proses haqqında doğru məlumatı olsun. Onu da gizlətməyəcəm ki, müəyyən maraqlı qruplar var, hansılar ki, bu prosesləri cəmiyyətə qəsdlə pisləşdirilmiş formada təqdim etməyə çalışırlar. Əlbəttəki, bütün bunların cavabı veriləcək. Maksimal şəkildə, əlimizdən gələni edəcəyik ki, Birinci Kanalda baş verən proseslər haqqında ictimaiyyətin məlumatı olsun” – dedi Vasil Mağlaperidze.
İctimai Yayımçının rəhbərliyi Gürcüstanın Komunikasiyaların Milli Komisiyasının sədri Kaxa Bekauriyə yayımçıda son zamanlar həyata keçirilən islahatlar haqqında məlumat verdi.
Məlumat əvvəlki illərdə mövcud olan vəziyyəti, kadr siyasətini və onun idarəsini, nəqliyyat və texniki istismar xərclərini, yeniləşdirilmiş infrastrukturu, texniki təchizatın yeniləşdirilməsini, yeni televiziya efiri və müvafiq telefon aplikasiyasını əhatə edəcək.
Kaxa Bekauri Birinci Kanalın inteqrasiya olunmuş nyus-rumunu və yeniləşdirilmiş studiyasını da gözdən keçirdi.