Vasil Mağlaperidze - Həmişə deyirik ki, uşaqlar televizora baxmasınlar, ancaq bu səfər, əksinə, valideynlərə müraciət edirik ki, onlara "Birinci Kanal - Təhsil" proqramını qursunlar
“Teleməktəb” layihəsi çərçivəsində, məktəb şagirdlərinə, onlardan daha sonra, məktəb tərəfindən tələb ediləcək olan təhsil proqramı təqdim ediləcək, – bu barədə bəyanatı Gürcüstanın Birinci Kanalının baş direktoru vasil Mağlaperidze verdi.
Onun dediyinə görə, “Birinci Kanal – Təhsil” proqramının dahada inkişaf edilməsi və genişləndirilməsi istiqamətində işlər davam edir.
“İnfeksiyanın yayılması təhlükəsinə görə, məktəblərdə tətil təxirə salındı və Təhsil Nazirliyi ilə bərabər, teleməktəb layihəsi üzərində işləməyə başladıq. Bu günlərdə proqrama idman, rəqs və musiqi də daxil edəcəyik ki, proqram uşaqlar üçün daha əyləncəli olsun. Həmişə deyirik ki, uşaqlar televizora baxmasınlar, ancaq bu səfər, əksinə, valideynlərə müraciət edirik ki, onlara “Birinci Kanal – Təhsil” proqramını qursunlar – deyir Vasil Mağlaperidze.
Gürcüstanın Təhsil Nazirliyi Birinci Kanal ilə bərabər “Teleməktəb” adlı təhsil proqramını hazırlayır. Teleməktəb martın 30-da efirə çıxacaq.
Proqram vasitəsi ilə məktəb şagirdləri milli təhsil proqramı ilə nəzərdə tutulan tele-dərsləri İkinci Kanalda izləyəcəklər.