Vasil Mağlaperidze Gürcüstanın Birinci Kanalının baş direktoru vəzifəsini tərk etdi
Vasil Mağlaperidze Gürcüstanın Birinci Kanalının baş direktoru vəzifəsini tərk etdi

Vasil Mağlaperidze Gürcüstanın Birinci Kanalının baş direktoru vəzifəsini tərk edib. Müvafiq ərizə ilə o, artıq Gürcüstanın Birinci Kanalının Qəyyumlar Şurasına müraciət edib. Mağlaperidzenin bəyanatını heç bir dəyişiklik olmadan təqdim edirik:

“Hesab edirəm  ki, 2017-ci ildən etibarən Gürcüstanın Birinci Kanalı bütün istiqamətlərdə mühüm tərəqqi əldə edib, bu həmkarlarımın yüksək peşəkarlığı və komanda şəklində fəaliyyəti  sayəsində olub. Kanalda yüksək keyfiyyətli meqaşoular, musiqi və idraki  verlişlər istehsal etməyə, seriallar çəkməyə başladıq, payızda tamaşaçılar iki gürcü serialını izləyəcək və bu proses fasiləsiz davam edəcək. Həmçinin, cizgi  filmləri çəkməyə başlamışıq və payızda tamaşaçılar, uşaqlar üçün nəzərdə tutulan 20  seriyalı gürcü cizgi filminin ilk mövsümünü izləyəcəklər. Sənədli film və seriallar  çəkməyi davam edirik. Ssenarilərin qəbulunu artıq elan etmişik və qısa-metrajlı televiziya filmlərini çəkməyə başlayırıq.

Radioya gəldikdə isə – 2017-ci ilə qədər Gürcüstan radiosunun siqnalını almaq çox çətin idi, məsələn, radionun birinci kanalını Mtsxetada tutmaq mümkün deyildi, buna görə dinləyici kanalı dinləmək vərdişini  itirirdi. Bu il 27 yeni qüllənin quraşdırılması başa çatdı və hazırda Gürcüstan Radiosu Gürcüstanın bütün ərazisində, o cümlədən dağlıq kəndlərdə və maqistral yollarda yayımlanan yeganə radiodur. Birinci Kanalın 1 TV.ge  veb-səhifəsi  cəmi iki il yarım ərzində informasiya agentliyi medibazarında liderlərdən biri oldu. Sentyabr ayında tamaşaçılar “Saqartvelo 360” veb-layihəsini izləyəcəklər  və bunun vasitəsilə insanlar virtual olaraq Gürcüstana səyahət edə biləcəklər. Fikrimcə bu həm Gürcüstan, həm də digər ölkələrin vətəndaşları üçün böyük maraq doğuracaq, eyni zamanda yeni nəslin öz ölkələrini tanımasına çox kömək edəcəkdir. Artıq işləri bitiririk və ilin sonunda xüsusi yenilik, Televiziya mobil telefonda açılacaq, bu faktiki olaraq   gənclərə köklənmiş  üçüncü kanal olacaq.

TeleMəktəb kanalının açılmasını ən mühüm  hadisə hesab edirəm, əminəm ki, bu kanalda bir çox lazımlı və maraqlı layihələr görəcəyik. Birinci Kanal üçün qeyri-gürcü dilli sakinlərin cari  proseslərə qoşulması mütəmadi prioritet olaraq qalır və daim fəaliyyət göstərən layihəni – “Rəngarəng  Gürcüstanı” başladıq. O, eyni zamanda yeni başlayan, qeyri-gürcü dilli jurnalistlər üçün  tədris laboratoriyasını təmsil edir.

Və sonunda nyusrum barədə – mənim rastlaşdığım televiziyanın texniki vəziyyəti çox acınacaqlı idi, kameralar mənəvi və fiziki baxımdan istifadə müddətini başa vurmuşdu, kifayət qədər işıqlandırma yox idi, çox köhnə avtoparka sahib idik, ən böyük studiya başqa bir televiziyada kirayəyə götürülmüşdü (normal televiziya halında bu olduqca acınacaqlı haldır), sonra isə avadanlıqları boşaldılmış və funksiyasız olaraq tərk edilmişdi. Və bu ağır fonda da nyusrumun vəziyyəti fəlakətli dərəcədə ağır idi. Şişirtmədən demək olar ki, jurnalistlər həyat üçün təhlükəli olan havasız şəraitdə işləyirdilər və texniki avadanlıqların keyfiyyətinə isə, televiziyanın birbaşa qoşulma cihazlarının olmaması dəlalət edir. Hazırda televiziyanın  texniki cəhətdən yenidən təchiz olunması intensiv şəkildə aparılır, bütün lazımi prosedurlardan keçdik və bir neçə həftəyə, sentyabr ayında yeni, kompakt və müassir texnologiyalara müvafiq yeni bir binanın inşasına başlanacaq , iki ilə inşaası başa çatdırılacaq və ölkə, Avropa standartlarına uyğun televiziyaya sahib olacaq. Qeyd etmək laızmdır, hər il xarici istehsala daha çox proqram çıxır, bununla da Gürcüstan Televiziyası xarici studiyaların inkişafına və güclənməsinə kömək edir. Televiziya gürcü filmlərinin istehsalında da maksimal şəkildə iştirak edir, o cümlədən təcrübəsiz, yeni  rejissorlara kömək edir. Gürcüstanın Birinci Kanalının strateji konsepsiyası təhlükəsiz kanal prinsipi olaraq qalır, yəni televiziya ədəbsizliklə izləyicilərə zərər verməməlidir, kanal yalnız zövqlü və keyfiyyətli məhsul istehsal edir, alınan məhsullar – filmlər və proqramlar isə, yüksək bədii və idrak dəyərləri ilə seçilir.

Keyfiyyətli və zövqlü məhsullar istehsal etməklə yanaşı, Gürcüstanın Birinci Kanalının vəzifəsi siyasi prosesləri obyektiv şəkildə işıqlandırmaqdır ki, ictimaiyyətin obyektivliklə bağlı şübhəsi yaranmasın. Tam məsuliyyətlə deyə bilərəm və istənilən obyektiv və qərəzsiz müşahidəçi əmin ola bilər ki, bu gün İctimai Yayımçı maksimal şəkildə obyektivdir, jurnalistlər maksimum sərbəstlikdən istifadə edirlər və eyni zamanda tamaşaçılara təsdiqlənməmiş və yalan məlumatlar verməmələri üçün böyük məsuliyyətlə seçilirlər. Birinci Kanalın qarşıdakı seçkiləri və bütün digər siyasi prosesləri də qərəzsiz və açıq şəkildə şəkildə işıqlandıracağına tam əminəm, kiminsə müxtəlif səbəblərdən irəli gələrək, kanalın qərəzsizliyinə şübhə ilə yanaşmaması və ya sual işarələri yaranmaması üçünmistefa vermək barədə  qərar verdim.

Gürcüstanın Birinci Kanalı artıq əsas  maneələri aşıb və əminliklə deyə bilərəm – sentyabrda başlayan 2020-ci ilin payız  mövsümü, kanalın inkişafının dönməz forma aldığını  sübut edəcək, mövsümdən-mövsümə keyfiyyətli və zövqlü məhsulların istehsalı dönməz şəkildə artacaq. Süni şəkildə uduzan vəziyyətinə salınan və bunun inkişafına manəeçilik törətdiyi kanal bu vəziyyətdən çıxdı və ictimai yayımçı funksiyasını uğurla yerinə yetirəcək . Həmkarlarım, o cümlədən mən də bu məqsədə nail olmaq üçün çox çalışdım və bu qədər insanın işinə kölgə salmağa imkan verməyəcəyəm” –deyə Vasil Mağlaperidzenin bəyanatında qeyd olunub.

Vasil Mağlaperidze Gürcüstanın  Birinci Kanalının baş direktoru vəzifəsini  2017-ci ilin 6 yanvar tarixindən tutub.