"Varketili" metrosunda zərər görənləri Davit Sergeenko ziyarət edəcək
"Varketili" metrosunda zərər görənləri Davit Sergeenko ziyarət edəcək

Tbilisidə, “Varketili” metrosunda tavanın dağılması nəticəsində zərər görənləri Gürcüstanın Səhiyyə Naziri Davit Sergeenko ziyarət edəcək.

Davit Sergeenko ilk öncə, 11 nəfər zərər görənlərin yerləşdirildiyi İngorokva klinikasına gedəcək.

Xatırladaq ki, bugün “Varketili” metrosunda tavanın dağılması nəticəsində 11 nəfər zərər gördü.