“Varketili” metrostansiyasının reabilitasiya müddətində sərnişinlərə əlavə avtobus xidmət göstərəcək
“Varketili” metro stansiyasının reabilitasiya müddətində müvəqqəti olaraq əlavə marşrut təyin ediləcək.
Paytaxtın meri Kaxa Kaladzenin Tbilisi munisipalitetinin hökumət iclasında qeyd etdiyi kimi, 174 nömrəli avtobus sərnişinləri ən yaxın metro stansiyasına qədər daşıyacaq.
“Sizə “Varketili” metro stansiyasının reabilitasiya müddətində alternativ marşrutun işə salınması barədə məlumat vermək istəyirəm. Sərnişin axını şəraitində işlərin aparılması mümkün deyil. Buna görə, stansiya müəyyən müddətə bağlanacaq və qeyd olunan ərazidən, xüsusilə Cavaxeti və Liza Nakaşidze-Bolkvadze küçələrinin kəsişməsindən 174 nömrəli müvəqqəti avtobus marşrutu təşkil ediləcək, bu da sərnişinləri ən yaxın metro stansiyasına qədər aparacaq. Avtobus dairəvi şəkildə hərəkət edəcək – “Samqori” metro stansiyasının yuxarı çıxışından “Varketili” metrostansiyasının yaxın ərazisinə və əks istiqamətdə”, – Kaxa Kaladze bildirib.