“Varketili” metrostansiyası 45 gün müddətinə bağlandı
“Varketili” metrostansiyası 45 gün müddətinə bağlandı

Reabilitasiya işlərinin həcmi və texnoloji xüsusiyyətləri nəzərə alınaraq, bu gündən etibarən “Varketili” metro stansiyası 45 gün müddətinə sərnişinlərə xidmət göstərməyəcək. Məlumatı Tbilisi meriyası yayır.

Tbilisi meriyasının məlumatına görə, qeyd olunan müddət ərzində sərnişinlərin fasiləsiz hərəkətini təmin etmək məqsədilə müvəqqəti munisipal avtobus marşrutu təyin edilib.

“Müvafiq layihə çərçivəsində, tavanın korroziyaya uğramış/zədələnmiş səthləri təmizlənəcək və üzərində işlənəcək, tağın arxasındakı boşluqlar müvafiq texniki məhlullarla doldurulacaq. Həmçinin, yeraltı suların sızmasının qarşısının alınması məqsədilə tağın temperatur şırımları və çatları hermetikləşdiriləcək. Maili eskalator tunelindəki çuqundan hazırlanmış bərkidici detalların bərpası işləri aparılacaq.

Bu proses başa çatdıqdan sonra birbaşa olaraq döşəmə işləri yenilənəcək, həmin işlərin bu ilin payızında tamamlanması planlaşdırılır. 

Bu müddət ərzində sərnişinlərin fasiləsiz hərəkəti məqsədilə 174 nömrəli bələdiyyə avtobus marşrutu təyin olunub. Avtobus dairəvi şəkildə işləyəcək, pik saatlarda isə 3 dəqiqə fasilə ilə hərəkət edəcək və “Samqori” metrostansiyasının yuxarı çıxışından “Varketili” metrostansiyasına yaxın əraziyə, eləcə də əks istiqamətdə sərnişinlərə xidmət göstərəcək. 

“Tbilisi Nəqliyyat Şirkəti yaranmış narahatlığa görə üzr istəyir”, – meriyanın məlumatında qeyd olunub.