Valeri Zalujni – Ukrayna SQ tədricən doğma torpaqları azad edir, qələbənin əldə edilməsi çətin olacaq, lakin mütləq olacaq
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujni bildirir ki, Ukrayna Silahlı Qüvvələri tədricən öz doğma torpaqlarını azad edir, qələbənin əldə edilməsi çətin olacaq, lakin mütləq olacaq. Bu barədə Zalujni “Facebook” sosial şəbəkəsində yazıb.
“Biz dövlətimizdən 28 dəfə böyük, əhalisi bizdən 4 dəfə çox olan bir ölkəyə qarşı müharibə aparırıq. Hərbi potensialı bizim imkanlarımızdan bir neçə dəfə yüksəkdir” -deyə Zalujni qeyd edib.
O, müharibənin hazırda quruda, havada, dənizdə və kiberməkanda getdiyini bildirib.
Zalujni bildirir ki, yalnız son bir gün ərzində işğalçılar Ukraynada mülki obyektlər istiqamətində 55 ədəd X-101 qanadlı raket və bir X-59 hava idarəolunan raketi, 22 ədəd S-300 zenit raketi, dörd ədəd Shahid-136 tipli pilotsuz uçuş aparatı və bir ədəd pilotsuz “Lancet-3” aparatı buraxıb.