Valeri Zalujni – Rusiya bugünkü raket hücumu zamanı 55 raket atıb, onlardan 47-si Ukrayna qüvvələri tərəfindən zərərsizləşdirilib
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı general Valeri Zalujni bugünkü raket hücumu zamanı Rusiyanın 55 raket atdığını, onlardan 47-sinin Ukrayna qüvvələri tərəfindən zərərsizləşdirildiyini bildirir. Bu barədə Zalujni “Telegram” kanalında yazıb.
Zalujni işğalçıların Kiyev istiqamətində 20-yə yaxın qanadlı raket atdığını açıqlayır. Raketlər “Tu-95”, “Su-35”, “MiQ-31K” təyyarələrindən, eləcə də Qara dənizdə yerləşən gəmilərdən buraxılıb.
Bu gün Rusiya ordusu Ukrayna şəhərlərinə irimiqyaslı raket hücumları həyata keçirib. Ukrayna paytaxtının meri Vitali Kliçko Qoloseyevski rayonuna raketin düşməsi nəticəsində bir nəfərin həlak olduğunu, iki yaralının xəstəxanaya yerləşdirildiyini bildirib.