Valeri Qerasimov – İsveç və Finlandiya hesabına NATO-nu genişləndirmək istəyi və Ukraynadan hibrid müharibə üçün istifadə Rusiya üçün təhlükədir
NATO-nu İsveç və Finlandiya hesabına genişləndirmək istəyi və Ukraynadan hibrid müharibə üçün istifadə Rusiyanın hərbi təhlükəsizliyinə təhdiddir-bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimov bildirib.
Qerasimov Rusiya Silahlı Qüvvələrinin qurulması və inkişafı planının dövlətin mühafizəsini təmin etmək məqsədilə onların inkişafının perspektivli istiqamətlərinin həyata keçirilməsi üçün praktiki tədbirləri nəzərdə tutduğunu bildirib.
Rusiya Ordusunun Baş Qərargah rəisi təhdidləri zərərsizləşdirmək məqsədilə ölkənin ali rəhbərliyinin Rusiya Silahlı Qüvvələrinin qurulması və inkişafı planına düzəlişlər etmək tapşırığını qoyduğunu bildirib.