Vaxtanq Tsintsadze – Gürcüstanın iqtisadiyyatı yüksək templə artmağa davam edir, bu isə hökumətin məqsədyönlü iqtisadi siyasətini və ölkə iqtisadiyyatının dayanıqlılığını vurğulayır
Gürcüstanın iqtisadiyyatı, geosiyasi və xarici şoklara baxmayaraq, yüksək iqtisadi artım templəri ilə inkişaf etməyə davam edir, – bu barədə İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Vaxtanq Tsintsadze bildirib.
Onun qiymətləndirməsinə görə, bu, Gürcüstan hökumətinin məqsədyönlü iqtisadi siyasətini vurğulayır.
“2025-ci ilin iyul ayında Gürcüstanın iqtisadi artımı 6,5 faiz təşkil edib, yanvar-iyul ayları üzrə orta iqtisadi artım isə 9 faiz səviyyəsində müəyyən olunub. Gürcüstan iqtisadiyyatında müşahidə olunan müsbət tendensiyalar bir daha təsdiqləyir ki, Gürcüstanın iqtisadiyyatı, geosiyasi və xarici şoklara baxmayaraq, yüksək iqtisadi artım templəri ilə inkişaf etməyə davam edir, bu isə bir daha Gürcüstan hökumətinin məqsədyönlü iqtisadi siyasətini və ölkə iqtisadiyyatının dayanıqlılığını vurğulayır”, – deyə Vaxtanq Tsintsadze bildirib.
Nazir müavininin söylədiyinə görə, iqtisadi artımı dəstəkləyən amillərdən biri də malların ixracı və turizmdən əldə olunan gəlirlər sahəsində müşahidə olunan müsbət meyillərdir.
“Bizim gözləntimizə görə, yüksək iqtisadi artım meyilləri növbəti illərdə də davam edəcək. Beynəlxalq Valyuta Fondunun proqnozuna əsasən, 2025-2030-cu illərdə Gürcüstan həm regionda, həm də Avropada, o cümlədən Avropa İttifaqına namizəd ölkələr arasında ən yüksək iqtisadi artıma sahib olacaq və bu artım orta hesabla 5,4 faiz təşkil edəcək”, – Vaxtanq Tsintsadze qeyd edib.
Milli Statistika Xidmətinin göstəricilərinə görə, 2025-ci ilin iyul ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə iqtisadiyyat 6,5 faiz artıb. İyul ayında iqtisadi artıma nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, incəsənət, əyləncə, istirahət və ticarət sektorları əhəmiyyətli dərəcədə müsbət töhfə verib.
Vaxtan Tsintsadzenin şərhini İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayır.