Vaxtanq Qomelauri Sameqreloda Xüsusi Tapşırıqlar Departamentinin bazasında olub
Vaxtanq Qomelauri Sameqreloda Xüsusi Tapşırıqlar Departamentinin bazasında olub

 
Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri müavinləri – İoseb Çelidze, Qiorqi Butxuzi və Aleksandre Daraxvelidze ilə birlikdə Sameqreloda Xüsusi Tapşırıqlar Departamentinin bazasında olub.

Daxili işlər naziri bazanın ərazisində mövcud infrastruktura, eləcə də əməkdaşların iş və yaşayış sahələrinə, yeməkxanaya, texnika və avadanlıqlara baxış keçirib.

Vaxtanq Qomelauri müavinləri ilə birlikdə Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşları ilə görüşərək söhbət etdiyi işğal xəttinə yaxın ərazidə də olub.

Daxili İşlər Nazirliyinin məlumatında, daxili işlər nazirinin onlardan ərazidə mövcud vəziyyət, eləcə də ehtiyacları haqda ətraflı məlumat aldığı deyilir. Vaxtanq Qomelauri gördükləri işə görə Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşlarına təşəkkür edib.