Vaxtanq Qomelauri Sameqrelo-Zemo Svaneti Polis Departamentində işgüzar görüş keçirib
Vaxtanq Qomelauri Sameqrelo-Zemo Svaneti Polis Departamentində işgüzar görüş keçirib

Baş nazirin müavini, daxili işlər naziri Vaxtanq Qomelauri və nazirin birinci müavini Roland Mesxi Sameqrelo-Zemo Svaneti Polis Departamentinin bölmələrinin rəhbərləri ilə işgüzar görüş keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Vaxtanq Qomelauri regional polis departamentinin rəislərinin fəaliyyət göstərdikləri ərazidə cinayətlə mübarizə və polisin profilaktik tədbirləri haqqında ətraflı məlumat dinləyib.

Onların məlumatına görə, söhbətdə regionda cinayət statistikasına və açılma göstəricisinə toxunuldu.

“Daxili işlər naziri həmçinin nazirliyin fəaliyyətinin prioritet istiqamətlərinə diqqət çəkib. Vaxtanq Qomelauri departamentin nümayəndələrinə iş prosesi ilə bağlı müvafiq tapşırıqlar verib və səmərəli fəaliyyətlərinə görə təşəkkür edib”, – DİN-nin məlumatında deyilib.