Vaxtanq Qomelauri Çorçana kəndində nəzarət məntəqəsinin açılması məsələsi ilə bağlı prokurorluqda dindirilir

18:08, 14.06.2025

Sabiq daxili işlər naziri Vaxtanq Qomelauri 2019-cu ildə Çorçana kəndində polis nəzarət-buraxılış məntəqəsinin açılması məsələsi ilə bağlı prokurorluqda dindirilir.

Qomelauri jurnalistlərə qısa şərh verib və qeyd edib ki, o, həmin nəzarət-buraxılış məntəqəsinin açılmasının əleyhinə olub.

Məlumat üçün bildirək ki, 2019-cu ildə Çorçana kəndində nəzarət-buraxılış məntəqəsi açıldığı zaman Vaxtanq Qomelauri Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsini tuturdu, Daxili İşlər naziri vəzifəsini isə Qiorqi Qaxaria tuturdu.

Bununla yanaşı, Çorçanada polis nəzarət-buraxılış məntəqəsinin açılması ilə bağlı Parlamentin müvəqqəti istintaq komissiyasında Qiorqi Qaxariyaya da suallar ünvanlanıb.

Oxşar