Vake rayonunda, 2 və 3 avqust tarixlərində, gecə saatlarında Napareuli küçəsinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq

19:02, 30.07.2026

Vake rayonunda, Napareuli küçəsi 12-14 ünvanında zədələnmiş su və kanalizasiya şəbəkəsinin reabilitasiya işlərinin aparılması məqsədilə, 2 və 3 avqust tarixlərində gecə saatlarında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Tbilisi Meriyasının məlumatına görə, hər iki gün saat 00:00-dan 06:00-dək Nəpareuli küçəsində, Barnovi küçəsi ilə Paliaşvili küçəsinin kəsişməsinə gədər nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

“Növbəti günlər ərzində şəbəkənin yenilənməsi işləri daxili həyətyanı sahədə davam etdiriləcək ki, bu da küçədə hərəkətə mane olmayacaq.

İnfrastruktur layihəsi Vake Rayon İcra Hakimiyyətinin “Mənzil Mülkiyyətçiləri Şərikliklərin İnkişafına Dəstək Proqramı” çərçivəsində həyata keçiriləcək. İşləri, İcra Hakimiyyətinin sifarişi ilə “Okriba” MMC yerinə yetirəcək“, – məlumatda qeyd olunub.

Oxşar