Vake rayonu icra hakimiyyətində bildirirlər ki, yağıntı nəticəsində yaranmış problemlərə dərhal reaksiya göstərilib və problemlərin aradan qaldırılması üçün işlər 24 saatlıq rejimdə davam edir
Vake rayonunun icra başçısının müavini Bidzina Çikviladzenin bildirdiyinə görə, Tbilisi və ona bitişik ərazilərdə güclü yağınti müəyyən problemlər yaradıb.
Onun sözlərinə görə, Vake rayonunda üç ünvanda divar uçub, bir ünvanda isə yamac uçub.
“Biz tərəfimizdən dərhal reaksiya göstərildi. Bəzi yerlərdə müvəqqəti hasar quraşdırıldı. Lazım olan yerlərdə əhaliyə kirayə təklif etdik, həmçinin tikinti materialları ilə maliyyələşdirmə edildi. İmkan olan yerlərdə mütləq yeni divarlar tikiləcək. Yıxılan ağaclar da problemlər yaratdı. Bir çox hallar oldu, lakin podratçılarımız və işçilərimiz bütün sakinlərə 24 saat ərzində kömək etməyə hazırdırlar. Cümə günündən bəri 24 saat ərzində işləyən əməkdaşlarımıza təşəkkür etmək istəyirəm. Həmçinin, bu problemləri gecə-gündüz aradan qaldıran podratçı şirkətlərimizə də təşəkkür etmək istəyirəm. Divar Kekelidzenin 9 nömrəli ünvanında uçub, həmin ünvanda artıq ailənin kirayə mənzilə köçürülməsinin təminatı həyata keçirilib, həmçinin digər sakinlər üçün də kirayə kompensasiyası təklif etmişik. Marqiani 18a ünvanında artıq müvəqqəti hasar quraşdırılıb. Həmçinin Tsğneti şossesində yamacın uçduğu yerdə müvəqqəti hasar quraşdırılıb”, – Vake rayon icra başçısının müavini Bidzina Çikviladze bildirib.