Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin direktoru Vaja Siradze, Acara Polis Departamentinin direktoru Qriqol Beselia və Patrul Polis Departamentinin Acara Baş İdarəsinin rəisi Qiorqi Xurtsia ilə birlikdə Batumidə yaralı patrul müfəttişlərini ziyarət ediblər.
DİN-nin məlumatına görə, Vaja Siradze onların səhhətləri barədə həkimlərdən məlumat dinləyib və patrul inspektorlarına tezliklə sağalmalarını arzulayıb.
“Cari ilin yanvarın 20-də Batumi şəhərinin Komaxidze küçəsində əqli cəhətdən pozulmuş vətəndaş bildiriş əsasında gələn Patrul Polis İdarəsinin Acara Baş İdarəsinin patrul inspektorlarına bıçaqla hücum edib. Qeyd olunan şəxs üç patrul müfəttişi tərəfindən tərksilah edildiyi və saxlanıldığı zaman: Rezo Kartsxia, Ramaz Beridze və Avtandil Dolidzenin bədəninin müxtəlif nahiyələrinə bıçaq xəsarətləri yetirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları onu şübhəli şəxs qismində yerindəcə saxlayıblar. Yaralı patrul inspektorları xəstəxanaya çatdırılıb, orada onlara müvafiq tibbi yardım göstərilir”, – məlumatda deyilib.