Vağzal meydanında yaşayış binasında dağıntı nəticəsində hazırki məlumata görə, bir nəfər həlak olub, bir yaralı xəstəxanaya yerləşdirilib
Vağzal meydanında, yaşayış binasında dağıntı nəticəsində hazırki məlumata görə, bir nəfər həlak olub. Bu barədə Tbilisi meri ilə hadisə yerinə gələn Gürcüstanın daxili işlər naziri Qela Qeladze bildirib.
Onun məlumatına görə, bir nəfər xəstəxanaya yerləşdirilib.
“Hazırkı mərhələdə bir nəfərin klinikaya aparıldığını və onun təmasda olduğunu təsdiq edə bilərəm. Həmçinin, bir nəfərin həlak olduğunu təsdiq edə bilərəm. Əgər bu rəqəm artarsa, yaxın zamanda sizə məlumat verəcəm. Hazırda istintaq işləri aparılır”, – deyə daxili işlər naziri bildirib.
Vağzal meydanının yaxınlığında yaşayış binasında dağıntı baş verib. Ərazinin dağıntılardan təmizlənməsi və aktiv axtarış-xilasetmə tədbirləri davam etdirilir.