Vağzal meydanında baş vermiş hadisələrlə əlaqədar Zuqdidi İdman Kompleksinin açılış tədbiri təxirə salınıb
Vağzal meydanında baş vermiş hadisələrlə əlaqədar Zuqdidi İdman Kompleksinin açılış tədbiri təxirə salınıb

Tbilisidə, vağzal meydanında baş vermiş hadisələrlə əlaqədar Zuqdidi idman kompleksinin bu gün saat 20:00-a planlaşdırılan açılış tədbiri təxirə salınıb.

Bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayır.

Vağzal meydanının yaxınlığında yerləşən ərazidə, yaşayış binasında dağıntı baş verib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, ərazinin dağıntılardan təmizlənməsi və aktiv axtarış-xilasetmə tədbirləri davam etdirilir.