“Vağzal meydanı” yaxınlığında yaşayış binasında dağıntı baş verib, axtarış-xilasetmə işləri aparılır
Tbilisidə “Vağzal meydanı”nın yaxınlığında yaşayış binasında baş vermiş dağıntı ilə bağlı Daxili İşlər Nazirliyi bəyanat yayır.
Qurumun məlumatına görə, ərazinin dağıntılardan təmizlənməsi və aktiv axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyi tərəfindən Tbilisidə, “Vağzal meydanı” yaxınlığında yerləşən yaşayış binasında dağıntı barədə məlumat daxil olan kimi, Fövqəladə Halların İdarə Olunması Xidmətinin yanğınsöndürən-xilasediciləri və polis qüvvələri hadisə yerinə cəlb olunublar.
Hadisə yerinə gələn yanğınsöndürən-xilasedicilər dağılmış binanın yaxınlığında olan vətəndaşları dərhal təxliyə ediblər.
Ərazinin dağıntılardan təmizlənməsi və aktiv axtarış-xilasetmə tədbirləri davam etdirilir. Təcili tibbi yardım əməkdaşları hadisə yerindədir.
Daxili İşlər Nazirliyi hadisə yerində olan vətəndaşları, həmçinin bütün media vasitələrinin nümayəndələrini Daxili İşlər Nazirliyinin əməkdaşlarının göstərişlərinə tabe olmağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırır”, – DİN-nin bəyanatında qeyd edilib.