Uzra Zeia - ABŞ Gürcüstan hökumətinin Gürcüstanın Avro-Atlantik gələcəyinə təhlükə yaradan antidemokratik hərəkətlərindən ciddi şəkildə narahatdır
Uzra Zeia - ABŞ Gürcüstan hökumətinin Gürcüstanın Avro-Atlantik gələcəyinə təhlükə yaradan antidemokratik hərəkətlərindən ciddi şəkildə narahatdır

 

ABŞ Gürcüstan hökumətinin Gürcüstanın Avro-Atlantik gələcəyinə təhlükə yaradan antidemokratik hərəkətlərindən ciddi şəkildə narahatdır-bu haqda ABŞ dövlət katibinin demokratiya və insan haqları məsələləri üzrə müavini Uzra Zeia sosial şəbəkədə yazır.

Uzra Zeia, Gürcüstana digər məsələlərlə yanaşı, gürcü xalqına dəstəyini ifadə etmək üçün gəldiyini bildirib.

“Salam. Biz Tbilisiyə Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də gürcü xalqına, o cümlədən onların azad və ədalətli seçki hüququ, birləşmək və ifadə azadlığı hüququ da daxil olmaqla sarsılmaz dəstəyimizi vurğulamaq üçün gəldik. ABŞ Gürcüstan hökumətinin Gürcüstanın Avro-Atlantik gələcəyinə təhlükə yaradan antidemokratik hərəkətlərindən ciddi şəkildə narahatdır” – Uzra Zeia yazır.