Üzdəniraq sövdələşmiş oyunlar işi üzrə yaxalananlara qarşı ittihamın irəli sürülməsi prossesi gedir
Modul Binasında üzdəniraq sövdələşmiş oyunlar işi üzrə yaxalanan hakimlər və məşqçilərə qarşı ittihamın irəli sürülməsi prossesi gedir.
İrakli və David Berişvililərin vəkili, Yason Beseliyanın bəyanatına görə, onlar ittihamı etiraf edirlər.
“Onlar müəyyən ardıcıl hərəkətləri etiraf edirlər, məbləğlərin miqdarını deyə bilmərəm, işdə güman edildiyinə görə bir neçə insan var idi və hamısının maliyyə marağı var idi. Güman edildiyinə görə cinayət maliyyə maraqları ilə bağlıdır. Bu insanlar basketbol aləmindəndirlər”, – vəkil Yason Beseliya bəyan edir.
“Soxumi” basketbol klubunun məşqçisi Vaja Kvaratsxeliya və həmin klubun həmsahibi – Temur Datikaşviliyə gəldikdə onlar cinayəti boynuna almırlar.
Vəkil Tamar Abesadzenin dediyinə görə, cinayətin təxribatı var idi.
Üzdəniraq sövdələşmiş oyunlar işi üzrə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları beş nəfəri yaxaladılar.
Qrup şəklində kommersiya rüşvət faktı üzrə beynəlxalq dərəcəli hakimlər – Zaza Maçaladze, İrakli Berişvili və David Berişvili və “Soxumi” basketbol klubunun məşqçisi Vaja Kvaratsxeliya və həmin klubun həmsahibi – Temur Datikaşvili yaxalanıb.
İstintaq GCM-nin 221-ci maddəsinin dördüncü hissəsinin “a” bəndi ilə aparılır. İstintaqı Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyi həyata keçirir