Üzdəniraq “İslam Dövlətinin” yeni lideri Amir Mohammed Abdul Rahman Al-Mauli Al-Salbi oldu.
Bu barədə məlumatı “Qardian” Britaniya nəşri xüsusi xidmətlərə istinad edərək yayır.
Nəşr Amir Abdul Rahmanı “İslam Dövlətinin” liderlərindən biri kimi adlandırır. O, radikal təşkilatın lideri, Abu Bakr Al-Bağdadi ilə yaxın olan şəxsdir.
Al-Bağdadinin məhv edilməsi barəsində ABŞ keçən ilin oktyabrında bəyan etdi.
“Qardian” yazır ki, üzdəniraq “İslam Dövlətinin” yeni və keçmiş lideri bir birilə hələ 2004-cü ildə İraqda, “Kemp-Buka” Amrika düşərgəsində, hər ikisi yaxalanmış olarkən görüşüblər.
Kəşfiyyat idarələrində güman edirlər ki, üzdəniraq “İslam Dövlətinin” yeni liderinin Mosul şəhərinə yaxın gizlənməsi mümkündür.
Amir Mohammed Abdul Rahman Al-Mauli Al-Salbi məhz elə Mosul Universitetində oxuyurdu.