Utrextdə hücumdan sonra polis üç şübhəlini yaxaladı
Utrextdə hücumdan sonra polis üç şübhəlini yaxaladı

Utrextdə baş verən hücumdan sonra polis üç şübhəlini yaxaladı. Məlumatı yerli media yayır.

Polisin versiyasına görə, hücumu 37 yaşlı Türkiyədə anadan olmuş, Gokman Tanis həyata keçirdi. Atəş açdıqdan sonra hadisə yerindən qaçıb gizləndi. Bir neçə saatdan sonra polis onu yaxaladı. İki nəfər yaxalanın kimliyini polis bu vaxta qədər açıqlamır.

Polis üçün bu vaxta qədər hücumun motivi məlum deyil – terrorizm idi, yoxsa şəxsi qisas. Hücumçunun yaxınları istisna etmirlər ki, hücumun məqsədi ailə narazılığı olsun.

Utrextdə isident yerli vaxtla saat 10:45-də baş verdi. Silahlı şəxs 24 oktyabr meydanı dayanacağında tramvayda atəş açdı və hadisə yerindən qaçıb gizləndi.

Son məlumata görə, tramvayda atəş nəticəsində üç nəfər həlak oldu və beş nəfər xəsarət aldı.