USAID-in binasında ABŞ-ın Federal Təhqiqatlar Bürosunun qərargahı yerləşəcək
Tramp administrasiyasının ləğv etdiyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) binasında ABŞ Federal Təhqiqatlar Bürosunun qərargahı yerləşəcək – bu barədə ABŞ Federal Təhqiqatlar Bürosunun rəhbəri Keş Patel sosial şəbəkədə yazır.
Patelin sözlərinə görə, Təhqiqatlar Bürosunun qərargahının köçürülməsi amerikalı vergi ödəyicilərinin vəsaitlərini qənaət etməyə imkan verir və yeni bina ABŞ Federal Təhqiqatlar Bürosunun ehtiyaclarına daha uyğundur.
“20 illik uğursuz cəhdlərdən sonra, nəhayət, planı təsdiqlədik, bu plana əsasən ABŞ Federal Təhqiqatlar Bürosunun Huver Binası bağlanacaq və işçi heyəti təhlükəsiz, müasir binaya köçürüləcək”, – Keş Patel yazır.
ABŞ Federal Təhqiqatlar Bürosunun baş qərargahının yerləşdiyi Huver Binası 1975-ci ildə açılıb. Tənqidçilər onun köhnəldiyini və istintaq orqanının ehtiyaclarına cavab vermədiyini iddia edirlər.
2023-cü ildə Bayden administrasiyası dövründə Konqres, Merilend ştatında Federal Təhqiqatlar Bürosunun yeni binasının tikintisi üçün maliyyə ayrılmasına dəstək vermişdi. Görünür, bu plan ləğv edilib.
Məlumat üçün bildirək ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) hazırda ləğvetmə prosesindədir, bu çərçivədə agentliyin proqramlarının bir hissəsi Dövlət Departamentinə təhvil verilib, digəri hissəsi isə dayandırılıb.