Ursula fon der Layen – çox ildir ki, Gürcüstan əhalisi demokratiya üçün mübarizə aparır, onların pozuntuların sürətli, şəffaf və müstəqil şəkildə araşdırıldığını görmək hüququ var

19:48, 28.10.2024

Çox ildir ki, Gürcüstan əhalisi demokratiya üçün mübarizə aparır, onların pozuntuların sürətli, şəffaf və müstəqil şəkildə araşdırıldığını görmək hüququ var,- bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Layen bildirib.

“Çox ildir ki, Gürcüstan əhalisi demokratiya üçün mübarizə aparır, onların bu şənbə-bazar nə baş verdiyini bilmək, pozuntuların sürətli, şəffaf və müstəqil şəkildə araşdırıldığını görmək hüququ var, çünki azad və ədalətli seçkilər Avropa dəyərlərinin əsasıdır”, – Ursula fon der Layen bildirib.

Bununla yanaşı, Ursula fon der Layen Bruges Universitetində tələbələr qarşısında çıxışı zamanı qeyd edib ki, “gürcülər də avropalılar kimi öz taleyinin yaradıcısı olmalıdırlar”.

Oxşar