Ursula fon der Layen - Yırtıcı Rusiya törətdiyi əməllərə görə cəzalandırılmalı, dəymiş ziyanın və təcavüzün əvəzini ödəməlidir
Avropa Komissiyasının prezidenti Ursula fon der Layenin bildirdiyinə görə, Avropa İttifaqı Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində işləyir. bu barədə fon der Layen Litva prezidenti Gitanas Nauseda ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Ursula fon der Layenin sözlərinə görə, Aİ Ukraynaya kömək etmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etməyi nəzərdən keçirməyə hazırdır.
“Bir şey çox aydındır: ırtıcı Rusiya törətdiyi əməllərə görə cəzalandırılmalı, dəymiş ziyanın və təcavüzün əvəzini ödəməlidir”, – Ursula fon der Layen bildirib.
“Avropa Komissiyasının prezidenti həmçinin blokun şərq sərhədində yerləşən ölkələrə dəstək planlarından da danışıb. Onun dediyinə görə, Avropa İttifaqının Rusiya və Belarusla birbaşa sərhədi olan üzv ölkələrə “əlavə maliyyə” dəstəyi göstəriləcək.