Ursula fon der Layen - Yaxın Şərqdən gələn məlumatlar narahatlıq doğurur, Avropa bütün tərəfləri dərhal gərginliyi azaltmağa və qarşılıqlı addımlarda təmkinli olmağa çağırır
Ursula fon der Layen - Yaxın Şərqdən gələn məlumatlar narahatlıq doğurur, Avropa bütün tərəfləri dərhal gərginliyi azaltmağa və qarşılıqlı addımlarda təmkinli olmağa çağırır

Yaxın Şərqdən gələn məlumatlar narahatlıq doğurur, Avropa bütün tərəfləri dərhal gərginliyi azaltmağa və qarşılıqlı addımlarda təmkinli olmağa çağırır, – bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Layen sosial şəbəkədə yazıb.

Onun dediyinə görə, regional sabitlik və qlobal təhlükəsizlik naminə indi diplomatik həll həmişəkindən daha aktualdır.

“Yaxın Şərqdən gələn hesabatlar çox narahatedicidir. Avropa bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə, dərhal gərginliyi azaltmağa və qisasdan çəkinməyə çağırır. Regional sabitlik və qlobal təhlükəsizlik naminə diplomatik həll yolu indi həmişəkindən daha təcilidir”, – fon der Layen yazır.