Ursula fon der Layen - Yaxın Şərqdə regional sabitliyin qorunması həyati əhəmiyyət daşıyır, bütün tərəfləri maksimum təmkinlə hərəkət etməyə çağırıram
Avropa Komissiyasının sədri Ursula fon der Layen İsrail və İranı təmkinli olmağa çağırır. Fon der Layen İsrailin özünümüdafiə hüququnu bir daha təsdiqləyib və regional sabitliyin qorunmasının vacibliyini vurğulayıb.
“Mən İsrail prezidenti İsaak Hertsoqla Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə bağlı danışdım. İsrailin özünü və xalqını müdafiə etmək hüququnu bir daha təsdiqlədim. Eyni zamanda, regional sabitliyin qorunması həyati əhəmiyyət kəsb edir. Bütün tərəfləri maksimum təmkinli davranmağa və vəziyyətin gərginləşməsini azaltmağa çağırıram. Növbəti eskalasiyanın qarşısını almaq üçün diplomatik səylər həlledici əhəmiyyətə malikdir”, – deyə fon der Layen sosial şəbəkədə yazır.