Ursula fon der Layen - Vladimir Putin Avropa İttifaqını parçalamağa çalışır və Avropada ona bu işdə kömək edən müttəfiqləri var
Avropa Komissiyasının prezidenti Ursula fon der Layen bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqını parçalamağa çalışır və Avropada bu işdə ona kömək edən müttəfiqləri var. Bu barədə Ursula fon der Layen Avropa Parlamentində etimadsızlıq səsverməsinin müzakirəsi zamanı bildirib.
Avropa Komissiyasının prezidentinin dediyinə görə, Vladimir Putin “itaətkar müttəfiqləri” vasitəsilə Avropa İttifaqını parçalamağa çalışır.
“Biz onun sözlərinə diqqətlə qulaq asmalıyıq. O, Ukraynadakı aqressiv müharibəsinə görə bir daha Avropanı günahlandırdı. Putin bizim birliyimizə və onun əsas dəyərlərinə olan nifrətini gizlətmir. O, Avropadakı itaətkar müttəfiqlərinin bu məsələdə ona kömək etməsindən sevincini də gizlətmir”, – fon der Layen qeyd edir.