Ursula fon der Layen və Antonio Koşta Suriyaya gəliblər - "Avropa Suriyanın bərpası və yenidən qurulmasını dəstəkləmək üçün əlindən gələn hər şeyi edəcək"
Avropa Komissiyasının sədri Ursula fon der Layen və Avropa Şurasının sədri Antonio Koşta Suriya paytaxtına gəlib və orada ölkə prezidenti Əhməd əl-Şara ilə görüşüblər. Bu barədə Ursula fon der Layen sosial şəbəkədə məlumat yayır.
“On illik qorxu və sükutdan sonra suriyalılar ümid və yenilənməyə doğru uzun bir səyahətə başlayıblar. Avropa Suriyanın bərpası və yenidən qurulmasını dəstəkləmək üçün əlindən gələn hər şeyi edəcək”, – deyə Avropa Komissiyasının sədri yazır.
Məlumat üçün bildirək ki, Suriya prezidenti yaxın həftələrdə Berlinə səfər edəcək və orada onu Almaniya kansleri Fridrix Merts qəbul edəcək.