Ursula fon der Layen Ukraynanın yenidənqurulması üçün Avropa Fondunun yaradılması barədə elan edib
Avropa Komissiyasının prezidenti Ursula fon der Layen Ukraynanın yenidənqurulması üçün Avropa Fondunun yaradılması barədə elan edib. Bu barədə o, Romada Ukraynanın yenidənqurulmasına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.
“Ukraynanın yenidən qurulmasını dəstəkləmək məqsədilə yaradılacaq, dünyanın ən böyük səhmdar fondu olacaq “Ukraynanın Yenidənqurulması üzrə Avropa Flaqman Fondu”nun təsis edilməsini xüsusi məmnuniyyətlə elan edirəm”, – Ursula fon der Layen bildirib.
Onun sözlərinə görə, fond özəl sektorla birlikdə enerji, nəqliyyat, strateji əhəmiyyətə malik xammal və ikiqat təyinatlı sahələrdə investisiyaların həyata keçirilməsinə başlayacaq.
“Xüsusilə məmnunam və həqiqətən minnətdaram ki, bunu İtaliya, Almaniya, Fransa, Polşa və Avropa İnvestisiya Bankı ilə birlikdə edirik. Sadiqliyinizə görə təşəkkür edirəm”, – Ursula fon der Layen bildirib.