Ursula fon der Layen – Siyasətdə zorakılığa yer yoxdur, ABŞ polisi və xilasedici xidmətlərinə sürətli reaksiyalarına görə təşəkkür edirik

14:23, 26.04.2026
European Commission President Ursula von der Leyen looks on during a press conference with Norway's Prime Minister at the EU Commission headquarters in Brussels on April 7, 2025. (Photo by Nicolas TUCAT / AFP)

ABŞ Prezidenti Donald Trampın, birinci xanım Melaniya Trampın və Ağ Ev Müxbirlərinin şam yeməyində iştirak edən bütün şəxslərin təhlükəsiz olduqlarını öyrəndiyim zaman rahat nəfəs aldım, – bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Layen sosial şəbəkədə yazır.

Onun sözlərinə görə, siyasətdə zorakılığa yer yoxdur.

“Zorakılığın siyasətdə yeri yoxdur – heç vaxt. Qonaqlarımızın təhlükəsizliyini təmin etmək üçün göstərdikləri surətli reaksiyaya görə polisə və təcili yardım xidmətlərinə təşəkkür edirik, – fon der Layen sosial şəbəkədə yazır.

ABŞ-da, Donald Trampın da iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atışma baş verib.

Oxşar