Ursula fon der Layen - Seçkilər Gürcüstanın demokratiyası üçün həlledici sınaq və Avropa İttifaqı-Gürcüstan münasibətlərinin gələcəyi üçün həlledici məqam olacaq
Bu gün Gürcüstan Prezidenti Salome Zurabişvili Avropa Komissiyasının sədri Ursula fon der Layen ilə görüşdü.
Zurabişvili və Layen sosial şəbəkədə görüşə münasibət bildirdilər.
“Mən prezident Ursula fon der Layenə gürcü xalqının Avropa yolumuzun sürətləndirilməsi məsələsinə sadiqliyini bir daha təsdiqlədim. Oktyabrın 26-da gürcü xalqı öz Avropa gələcəyini elan edərkən özünü təcrid olunmuş hiss etməməsi üçün Avropanın mənəvi dəstəyinin həlledici əhəmiyyətini vurğuladım”, – Zurabişvili yazır.
Avropa Komissiyası prezidentinin görüşdən sonra qeyd etdiyi kimi, yaxınlaşan seçkilər Gürcüstanın demokratiyası üçün həlledici sınaq olacaq.
“Əziz prezident, Gürcüstanın Avropa yoluna sadiqliyinizə görə böyük hörmətlə yanaşıram. Biz birbirimizlə vacib məqamda görüşdük, yaxınlaşan seçkilər Gürcüstanın demokratiyası üçün həlledici sınaq və Avropa İttifaqı-Gürcüstan münasibətlərinin gələcəyi üçün həlledici məqam olacaq”, – Layen yazır.