Ursula fon der Layen - Rusiyaya qarşı 20-ci sanksiyalar paketini təqdim edəcəyik, Rusiya yalnız təzyiq göstərildiyi təqdirdə danışıqlar masasına oturacaq
Ursula fon der Layen - Rusiyaya qarşı 20-ci sanksiyalar paketini təqdim edəcəyik, Rusiya yalnız təzyiq göstərildiyi təqdirdə danışıqlar masasına oturacaq

Avropa Komissiyasının prezidenti Ursula fon der Layen Rusiyaya qarşı yeni sanksiyalar paketini elan edir.

Fon der Layenin bildirdiyinə görə, Rusiya yalnız təzyiq tətbiq olunacağı təqdirdə danışıqlar masasına gələ bilər.

“Biz Rusiyaya qarşı enerji, maliyyə xidmətləri və ticarəti əhatə edən 20-ci sanksiyalar paketini təqdim edəcəyik”, – Fon der Layen sosial şəbəkədə yazır.

Bununla yanaşı, Avropa Komissiyası prezidentinin bildirdiyinə görə, yeni sanksiyalar artıq sanksiyalara məruz qalmayan metallar, kimyəvi maddələr və vacib mineralların idxalına qadağa qoymağı da əhatə edəcək. Bundan əlavə, fon der Layenin dediyinə görə, Avropadan Rusiyaya mal ixracı daha da məhdudlaşdırılacaq.

Ursula fon der Layenin məlumatına görə, yeni sanksiyalar siyahısına 20-dən çox Rusiya regional bankı, həmçinin kriptovalyutalar və ticarət şirkətlərinə qarşı tədbirlər daxil ediləcək.

Sanksiyaların qüvvəyə minməsi üçün Avropa İttifaqına üzv ölkələrin dəstəyinə ehtiyac var.

“Reuters” agentliyinin yazdığına görə, Rusiya öz neftinin üçdə birindən çoxunu Hindistan və Çinə ixrac edir. Bu proses Yunanıstan, Kipr və Malta da daxil olmaqla Avropa İttifaqına üzv dəniz ölkələrinin donanmalarını əhatə edir. Yeni qadağa bu prosesi dayandıracaq.