Ursula fon der Layen - Rusiya ilə tammiqyaslı müharibənin dördüncü ildönümü ərəfəsində, Ukrayna bayrağını qərargahımızda ucaltdıq ki, o Birliyimizin qəlbində, mənsub olduğu yerdə qürurla dalğalana bilsin
Ukraynada müharibənin başlamasından dörd ilin keçməsinə münasibət bildirir və qeyd edir ki, Ukrayna Avropa ailəsinin bir hissəsi olacaq.
Avropa Komissiyası sədrinin dediyinə görə, bu münasibətlə bu gün Brüsseldə, Avropa Komissiyasının qərargahında Ukrayna bayrağı ucaldılıb.
“Rusiya ilə tammiqyaslı müharibənin dördüncü ildönümü ərəfəsində, Ukrayna bayrağını qərargahımızda ucaltdıq ki, o, Birliyimizin qəlbində, mənsub olduğu yerdə qürurla dalğalana bilsin. Bir gün Ukrayna təhlükəsiz olacaq. Ukrayna azad olacaq. Ukrayna bizim Avropa ailəmizin bir hissəsi olacaq”, – fon der Layen sosial şəbəkədə yazır.