Ursula fon der Layen – Nəyin bahasına olursa olsun, Yaxın Şərqdə münaqişənin ümumiləşdirilməsinin qarşısını almalıyıq
Avropa Komissiyasının sədri Ursula fon der Layen İran tərəfindən İsrailə qarşı həyata keçirilən hücumu sərt şəkildə pisləyib. Bu barədə Ursula fon der Layen Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Zorakılıq zənciri günahsız əhalinin həyatını təhdid edir. Bu, həmçinin bölgədə münaqişənin ümumiləşməsinə gətirib çıxarır və nəyin bahasına olursa-olsun bunun qarşısını almalıyıq”, – fon der Layen bildirib.
Öz növbəsində Britaniyanın baş naziri tərəfləri atəşkəsə çağırıb. Kir Starmerin dediyinə görə, Britaniya İsraili dəstəkləyir və onun təhlükəsizlik və müdafiə haqqında hüququnu tanıyır.
“Biz bütün tərəfləri gərginliyi azaltmaq üçün bir yol tapmağa çağırmalıyıq”, – Kir Starmer qeyd edib.