Ursula fon der Layen - Əgər Gürcüstan Avropa İttifaqı istiqamətində strateji oriyentasiyasını qoruyub-saxlamaq istəyirsə, bizə hakimiyyət tərəfindən konkret tədbirlər lazımdır
Ursula fon der Layen - Əgər Gürcüstan Avropa İttifaqı istiqamətində strateji oriyentasiyasını qoruyub-saxlamaq istəyirsə, bizə hakimiyyət tərəfindən konkret tədbirlər lazımdır

 

Əgər Gürcüstan Avropa İttifaqı istiqamətində strateji oriyentasiyasını qoruyub-saxlamaq istəyirsə, bizə hakimiyyət tərəfindən konkret tədbirlər lazımdır, – bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Layen sosial şəbəkədə yazır.

Onun məlumatına görə, o, Gürcüstan prezidenti Salome Zurabişvili ilə danışıb.

“Mən biraz əvvəl prezident Salome Zurabişvili ilə danışdım. Seçkilərdən sonrakı vəziyyət yenə də narahat edicidir. Əgər Gürcüstan Avropa İttifaqı istiqamətində strateji oriyentasiyasını qoruyub-saxlamaq istəyirsə, bizə hakimiyyət tərəfindən konkret hərəkətlər lazımdır. Bizim genişlənmə hesabatımız bunu göstərir”, – Ursula fon der Layen sosial şəbəkədə yazır.