Ursula fon der Layen – Avropa ABŞ ilə danışığa hazırdır və sənaye malına sıfır rüsumlar təklif edir
Avropa ABŞ-la danışığa hazırdır və sənaye malına sıfır rüsumlar təklif edir, – bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Layen bildirib.
“Bu rüsumlar, ilk növbədə ABŞ istehlakçıları və biznesləri üçün böyük xərclərlə bağlıdır, hərçənd eyni zamanda qlobal iqtisadiyyata böyük təsir göstərir”, – Fon der Layen Brüsseldə keçirilən mətbuat konfransında bildirib.
Onun dediyinə görə, qlobal bazarın çökməsinə səbəb olan rüsumlar ABŞ üçün “əsas dönüş nöqtəsi”dir.
“Buna baxmayaraq, biz ABŞ-la danışıqlara hazırıq. Biz bir çox digər ticarət tərəfdaşımızla uğurla həyata keçirdiyimiz kimi, sənaye malına sıfır rüsumlar təklif etmişik, çünki Avropa həmişə yaxşı razılaşmağa hazırdır”, – fon der Layen bildirib.
Avropa İttifaqınin ABŞ-a nə vaxt sıfır rüsumlar təklif etdiyini soruşduqda, fon der Layen bu təklifin Donald Trampın rüsumları tətbiq etməsindən “çox əvvəl” edildiyini açıqladı. Onun dediyinə görə, Avropa İttifaqı danışıqlar yolu ilə razılığa gəlməyə üstünlük versə də, sərt oynamağa hazırdır.