Ursula fon der Laiyen – Ukraynaya qarşı barbar hücumları qətiyyətlə pisləyirəm, bu müharibə cinayətidir, Ukrayna Putini məğlub edənə qədər dincəlməyəcəyik
Ukraynaya qarşı barbar hücumları qətiyyətlə pisləyirəm, bu müharibə cinayətidir-bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Laiyen açıqlayıb.
Avropa İttifaqının icraçı orqanının rəhbəri bildirib ki, Putinin Ukraynanın mülki infrastrukturuna qarşı barbar, terror hücumları nəticəsində Ukrayna əhalisi qışı elektrik enerjisi olmadan qarşılayır.
Ursula fon der Laiyen Putinin hərəkətləri nəticəsində uşaqlar, valideynlər və qocaların qaranlıqda donduqlarını açıqlayıb.
“Onu da bilirəm ki, ukraynalı dostlarımız bunun öhdəsindən gələcəklər, çünki onlar güclüdür və yolları ədalətlidir. Biz Avropa İttifaqı bu çox çətin zamanda onların yanındayıq və nə qədər lazımdırsa, bunu edəcəyik. Bu gün bizim doqquzuncu sanksiyalar paketi üzərində işlədiyimizi deyə bilərəm. Əminəm ki, biz əsas tərəfdaşlarımız olan “Böyük Yeddilik”lə birlikdə tezliklə rus neftinin qiymət səviyyəsinə qlobal limit əldə edəcəyik. Ukrayna Putini məğlub edənə qədər dincəlməyəcəyik” – deyə Avropa Komissiyasının prezidenti qeyd edib.