Ursula fon der Laiyen Avropanın boru kəmərləri ilə alınan rus qazının qiymətinə yuxarı hədd qoymalı olduğunu bildirir

17:13, 02.09.2022

 

Avropa Komissiyasının prezidenti Ursula fon der Laiyen Avropanın boru kəmərləri ilə alınan rus qazının qiymətinə yuxarı hədd qoymalı olduğunu bildirir. Məlumatı “Reuters” yayır.

“Boru kəməri ilə alınan rus qazının qiymətinə yuxarı hədd qoymağın vaxtının çatdığına qəti şəkildə inanıram . Avropa səviyyəsində qazın qiymətinə limit təklif oluna bilər, həmçinin cari böhran zamanı fövqəladə tədbir kimi Avropa səviyyəsində mənfəətin müvəqqəti dayandırılması üçün hüquqi əsas var” -deyə Avropa Komissiyasının prezidenti bildirib.

Avropa İttifaqında bu mövzu üzrə ehtimal ki sentyabrın 9-na planlaşdırılan energetika nazirlərinin görüşündə müzakirə aparılacaq.

Bu yaxınlarda Avropa Komissiyasının prezidenti bildirib ki, Avropa İttifaqı qaz ehtiyatlarının 80 faizini artıq doldurmağa nail olub.

Oxşar