Ursula fon der Laiyen – Avropa Komissiyası enerji böhranını aradan qaldırmaq üçün tədbirlər hazırlayır
Avropa Komissiyasının prezidenti Ursula fon der Laiyen təşkilatın enerji böhranından çıxmaq üçün tədbirlər hazırladığını bildirir. Bu barədə o, “Twitter” sosial şəbəkəsində yazıb.
“Putin enerjidən silah kimi istifadə edir. O, təchizatı azaldır və enerji bazarlarını manipulyasiya edir. O, məğlub olacaq. Avropa qalib gələcək. Avropa Komissiyası həssas ailələrə və bizneslərə yüksək enerji qiymətlərinin öhdəsindən gəlməyə kömək etmək üçün təşəbbüslər hazırlayır” -deyə Avropa Komissiyasının prezidenti bildirib.
Ursula fon der Laiyen Avropa Komissiyasının hazırladığı tədbirlər arasında aşağıda sadalananların olduğunu bildirib: enerji istehlakının azaldılması; Boru kəmərləri ilə tədarük edilən rus qazı üçün qiymət həddinin müəyyən edilməsi; Enerji sektorunun gəliri ilə həssas istehlakçılara və biznesə kömək etmək; Elektrik enerjisi istehsalçılarına dəstək.
Aİ-nin energetika nazirləri sentyabrın 9-da görüşəcək.