Ursula fon der Laiyen – Avropa faciədən doğan arzudur
Avropa faciədən doğan arzudur-bu bəyanatı Avropa Komissiyasının prezidenti, Ursula fon der Laiyen Avropa Günü münasibətilə keçirilən konfransda çıxışı zamanı verib.
Almaniyalı siyasətçi öz çıxışına Avropa Parlamentinin keçmiş sədri, David Sassolinin “demokratiyanın hələ də dəbdə olduğunu və insanların həyatını yenidən yaxşılaşdırmağı bacarmaq üçün onun yenilənməli olduğu” sözləri ilə başlayıb.
“Avropa faciədən doğan arzudur. Lakin bu gün bu arzu təkcə bu tarixi salonda işıq saçmır, həm də Kiyevdə, Odessada, Poltavada, Mariupolda və Mikolayevdə yaşayan insanların qəlbində parlayır. Bu arzu ən çox metrolarda və yeraltı sığınacaqlarda olan ailələrin və gənc insanların cəsarətində, Buçada, eləcə də İrpendə və müharibədən zərər çəkmiş Ukraynanın bütün kənd və şəhərlərində ağılsızca törədilmiş cinayətlərə yas tutanlarda parlayır. Bu arzu Avropada – ana vətəndən uzaqda sığınacaq tapmış ukraynalı gənclərdə parlayır. Bu insanlar öz gələcəyi və Avropa arzusu üçün döyüşməyə və ölməyə hazırdırlar. Bu arzu həmişə olub və qalmalıdır. Mənim ukraynalılara mesajım belədir, Avropanın gələcəyi sizin gələcəyinizdir. Demokratiyamızın gələcəyi sizin demokratiyanızın gələcəyidir”-deyə Ursula fon der Laiyen bildirib.