Ursula fon der Laien – Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin ildönümündən əvvəl Avropa İttifaqı Rusiyaya qarşı onuncu sanksiyalar paketini təsdiqləyəcək
Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin ildönümündən əvvəl Avropa İttifaqı Rusiyaya qarşı onuncu sanksiyalar paketini təsdiqləyəcək-bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Laien Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirilmiş brifinqdə açıqlayıb.
“İndi Putinin bu amansız müharibənin bədəlini ödəməsi üçün hər şeyi edirik. Rusiya bu müharibəyə başlamazdan əvvəl biz yüksək səslə Rusiyanın ödəməli olacağı bədəldən danışırdıq və Rusiya ödədi. Sanksiyalarımız Rusiya iqtisadiyyatını məhv edir. Bunun enerji dəyəri isə gündə 160 milyon avrodur. G7-nin tərəfdaşları ilə birlikdə biz neft məhsullarının tavan qiymətini daha da artıracağıq” -deyə Avropa Komissiyasının Prezidenti Ursula fon der Laien açıqlayıb.