Ursula fon der Laien - İki aydır ki, Qəzzaya humanitar yardım daxil olmur, yardım dərhal əhaliyə çatmalı və blokada qaldırılmalıdır
Ursula fon der Laien - İki aydır ki, Qəzzaya humanitar yardım daxil olmur, yardım dərhal əhaliyə çatmalı və blokada qaldırılmalıdır

Avropa Komissiyasının sədri Ursula fon der Laien Qəzzada humanitar vəziyyətin qəbuledilməz olduğunu bildirib.

“İki aydır Qəzzaya heç bir humanitar yardım daxil olmur. Yardımlar dərhal əhaliyə çatmalı və blokada aradan qaldırılmalıdır”, – Ursula fon der Laien Londonda Böyük Britaniya və Avropa İttifaqının danışıqlarından sonra bildirib.

Avropa Komissiyasının sədrinin dediyinə görə, humanitar yardım heç vaxt siyasi silaha çevrilməməlidir.

Böyük Britaniyanın baş naziri Kir Starmer də Qəzzadakı vəziyyəti mənfi qiymətləndirib və Britaniyanın müttəfiqləri ilə münaqişəni həll etməyi planlaşdırdığını qeyd edib.

Bununla yanaşı, Avropa İttifaqı 2025-2027-ci illərdə Fələstin üçün 1,6 milyard avro yardım ayıracaq.

İsrail atəşkəsdən iki ay sonra, mart ayında Qəzzaya humanitar blokada tətbiq edib.