Ursula fon der Laien - Dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsi planı mürəkkəbdir, lakin Putin müharibəni nə qədər uzun davam etdirsə, Rusiyanın ödəyəcəyi qiymət bir o qədər yüksək olacaq
Avropa Komissiyasının sədri Ursula fon der Laien bildirir ki, Rusiya müharibəni nə qədər uzun davam etdirsə, ödəyəcəyi qiymət də bir o qədər yüksək olacaq.
Ursula fon der Laienin dediyinə görə, Kiyevi dəstəkləmək və Avropanın müdafiəyə hazırlığını gücləndirmək istəklilər koalisiyası üçün əsas prioritetlərdən biridir və o, artıq Zeleski və digər koalisiya liderlərini bu prioritetlər barədə məlumatlandırıb.
“Dondurulmuş Rusiya aktivlərinin Ukraynaya reparasiya krediti kimi verilməsi planı mürəkkəbdir, lakin Putinin müharibəni, qan tökülməsini, qətli və Ukraynanın infrastrukturunun məhv edilməsini nə qədər uzun davam etdirsə, Rusiyanın ödəyəcəyi qiymət bir o qədər yüksək olacaq”, – fon der Laien deyib.
Həmçinin Avropa Komissiyasının sədri qeyd edib ki, Avropa daxilində əlaqələr həmişəkindən daha güclüdür və onlar Ukraynanı dəstəkləmək və Avropanı müdafiə etmək üçün birgə fəaliyyət göstərməyə davam edəcəklər.