Ümumxalq Səhiyyə Proqramı ilə pasientin maliyyələşdirilməsi həcmi diaqnoz, yaş və hospitallaşdırmanın müddətindən asılı olacaq
2019-cu ildən. Ümumxalq Səhiyyə Proqramı çərçivəsində maliyyələşdirmə prinsipi dəyişəcək. Qeyd olunan məsələ üzrə Səhiyyə Nazirliyinin təşkilatçılığı və Dünya Səhiyyə Təşkilatının dəstəyi ilə işçi görüş keçirildi.
Səhiyyə Nazirliyinin məlumatına görə, pasientin maliyyələşdirilməsi həcmi diaqnoz, yaş və hospitallaşdırmanın müddətindən asılı olacaq.
İşçi görüşdə “DRG” sistemin üstünlükləri və gözlənilən nəticələr barəsində məlumatla, pilot olaraq seçilmiş klinikaların nümayəndələrini, Səhiyyə Nazirliyinin rəhbər şəxsləri və Dünya Səhiyyə Təşkilatının eskpertləri tanış etdilər. Qeyd olunan sitem dünyanın müxtəlif ölkəsində istifad olunur.
Təşkilatın eskpertlərinin qeyd etdiyinə görə, maliyyələşdirmənin diaqnoz ilə bağlı modeli daha effektli, şəffaf və maliyyə bərabərliyinə imkanlar yaradan olacaq.